DSX əməkdaşları 1 kq heroin aşkar edib FOTO

DSX əməkdaşları 1 kq heroin aşkar edib FOTO

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə və qaçaqmalçılığa qarşı fəaliy­yətlərini uğurla davam etdirirlər. DSX-dan SİA-ya verilən məlumata görə, 23.01.2017-ci il tarixdə saat 05:10 radələrində daxil olmuş məlu­ma­­t əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində Dövlət Sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilən küllü miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürərək avtomobillə hadisə yerindən qaçmağa cəhd göstərən Ağdam rayon sakini Vəliyev Tapdıq Aydın oğlu və Laçın rayon sakini Nəbiyev Sənan Surxay oğlu sərhəd naryadı tərəfindən təqib olunaraq saxlanılıblar.

Avtomobilə baxış zamanı bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 2 kq tiryək və 1 kq heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə