Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında millət vəkilləri erkən nikah, boşanmalar, intiharlarla bağlı narahatlıqlarını ifadə ediblər. SİA-nın xəbərinə görə, iclasda çıxış edən komitə üzvü Tahir Rzayev bildirib ki, Azərbaycanda erkən nikahların, boşanmaların və uşaqların məktəbdən yayınma hallarının sayı xeyli artıb".
Bu hallara qarşı müvafiq orqanlar tərəfindən tədbirlərin gördüyünü deyən millət vəkili təmsil etdiyi komitə tərəfindən regionlarda, xüsusilə erkən nikahların daha çox qeydə alındığı cənub bölgəsində görüşlərin təşkilinin tədbirlər planına salınmasını təklif edib.
Məsələ ilə bağlı fikrini bildirən komitə sədri Aqiyə Naxçıvanlı vətəndaşlar arasında qeyri-rəsmi nikahların sayının artmasından narahatlığını ifadə edib. O bildirib ki, yeniyetmələr arasında intiharlar və uşaqlara qarşı zorakılıq halları artmaqla yanaşı, uşaqların qəyyumluğa götürülməsi ilə bağlı problemlər mövcüddur: "Komitəyə yalnız bir həftə ərzində bununla bağlı 4 müraciət olub. Bizə deyirlər ki, körpəni 1 yaşında olarkən uşaq evindən seçmişik, lakin bu gün onun 4 yaşı var, hələ də onu qəyyumluğa götürə bilmirik. Bilirsiniz ki, uşaqlarla bağlı qanun qəbul edilib. Bu sahədə olan mövcud qanunvericiliyin icrasında boşluqlar olduğundan sadalanan problemlər gündəmə gəlir".
A. Naxçıvanlı əlavə edib ki, yaxın vaxtlarda "Ailədaxili münaqişələrin yaranma səbəbləri və bunların aradan qaldırılması yolları" mövzusunda dəyirmi masa keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB