Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X - XI sinif şagirdləri arasında keçirdiyi "Sabahın əsgəri" adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi üçün Xidmətin Aparatında tədbir təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, müsabiqənin qalibləri və qonaqlar iştirak ediblər.
Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq müsabiqə haqqında məlumat verib. General-mayor Z.Abdullayev 2016-cı ilin dekabr ayının 1-dən 2017-ci ilin yanvar ayının 18-dək davam edən müsabiqəyə təqdim edilmiş yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblərin müəyyənləşdirildiyini qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik-leytenant Yusif Mirzəyev müsabiqənin qaydaları və qiymətləndirmə meyarları haqqında məlumat verib.
Tədbirin sonunda "Sabahın əsgəri" adlı yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB