Bakı-London aviareysində sərnişin spirtli içki tələb etdi

Bakı-London aviareysində sərnişin spirtli içki tələb etdi

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olublar.

"Azərbaycan Hava Yolları" QSC-dən SİA-ya verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra "Hitrou" Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə "Hitrou" hava limanı polisi tərəfindən saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə