“Cocuq Mərcanlı kəndi ilə bağlı Sərəncam tarixi sənəddir” Millət vəkili

“Cocuq Mərcanlı kəndi ilə bağlı Sərəncam tarixi sənəddir” Millət vəkili

"Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında

imzaladığı Sərəncamı tarixi bir sənəddir. Bu, Azərbaycanın müasir tarixində yeni bir səhifənin başlanğıcıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Ermənistanın işğalından azad edilmiş bir yaşayış məntəqəsində artıq bərpa prosesinə, əhalinin ora köçürülməsinə başlanılır: "Bütün bunlar hamısı dövlətin hesabına həyata keçirilir. Bununla cənab Prezident Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək əzminin çox yüksək olduğunu və heç zaman işğalla razılaşmayacağını bir daha ortaya qoydu. Bundan sonra da belə sərəncamların sayı onlarla olacaq. Ötən ilin aprelində baş verən hadisələr Azərbaycan dövlətinin, Silahlı Qüvvələrinin üstünlüyünü, Ermənistanın yaratdığı "qələbə" mifinin boş bir şey olduğunu bir daha sübut etdi. Bu gün Azərbaycan dövlətinin inkişafda, Ermənistanın isə dünya xəritəsindən silinmə prosesində olduğu aydın görünür. Azərbaycan öz vətəndaşlarının qorunması üçün bütün istiqamətlərdə iş aparır. Bu prosesdə, siyasətdə ölkə başçısı cənab İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilir. Dövlət başçımızın daim Azərbaycan xalqının mənafeyindən çıxış etməsi, vətəndaşların mənafeyinin qorunması üçün apardığı gərgin fəaliyyət hər bir sahədə özünü göstərir. Cocuq Mərcanlı kəndindən başlanan bərpa işləri, əhalinin işğaldan azad olunan yaşayış məskənlərinə köçürülməsi hesab edirəm ki, heç də uzaq olmayan bir dövrdə Ağdamda, Şuşada, Laçında da baş verəcək. Dünən Azərbaycan cəmiyyəti Prezidentin bu sərəncamını böyük ruh yüksəkliyi ilə qarşıladı və həmişə onun siyasətini dəstəkləyəcəyini, qüdrətli Azərbaycan uğrunda öz lideri ilə daim yanaşı olacağını sosial şəbəkədəki fikirlərdə, virtual mətbuatdakı yazılarında bir daha ortaya qoydu".

Bütün xəbərlər Facebook səhifəmizdə