Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 31-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək.

Qəbulda Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinləri, eləcə də bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul Xırdalan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan şəhəri, Qalibiyyə küç, H.Əliyev parkı ) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə