Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 yanvar 2017-ci il tarixində Tovuz şəhərində, Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qəbulda yalnız Tovuz, Ağstafa, Qazax, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşların qeydiyyatı Olimpiya İdman Kompleksinin inzibati binasında (ünvan: Tovuz şəhəri, Heydər Əliyev prospekti 1) 26 yanvar 2017-ci il tarixində saat 09.00-da başlayacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB