“Bu fərman hər bir məcburi köçkünü sevindirəcək mütərəqqi addımdır” ŞƏRH

“Bu fərman hər bir məcburi köçkünü sevindirəcək mütərəqqi addımdır” ŞƏRH

"Azərbaycanda dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır. Dövlətimiz daima çalışır ki, ölkədə aztəminatlı təbəqəyə sosial yardımlar edilsin, məcburi köçkün və onlara bərabər tutulan şəxslərə dövlət təminatları həyata keçirilsin". Bunu SİA-ya açıqlamasında Azərbaycan millət vəkili Azər Badamov deyib. O bildirib ki, cənab Prezdent tərəfindən imzalanan məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir köçkün və ona bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilməsi də bu məqsədə xidmət edir: "Vahid müavinət şəkilində birbaşa şəxsə ödənişin həyata keçirilməsini məcburi köçkünlər tərəfindən çoxdan gözlənilirdi və bunu çox müsbət hal hesab edirəm. Vahid müavinət məbləği birbaşa şəxsə ödəndikdə ayrı –ayrı strukturlarda sənədləşmələrlə bağlı prosedurlar aradan qalxır və bu, şəffaflığın artmasına xidmət edəcək. Həm də vahid müavinəti alan şəxs müavinəti alandan sonra xərclənməsi barəsində özü qərar verə biləcək. Yəni hansı sahədə qənaət etmək lazım olduğunu özü sərbəst müəyyənləşdirəcək. Cənab Prezdentin imzaladığı bu fərman hər bir məcburi köçkünü sevindirəcək çox mütərrəqi bir addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə