Bakı şəhəri Suraxanı rayonunda Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Nəsirov Ceyhun tərəfindən icra olunan "Dünya simuliasiyası" adlı layihənin növbəti təlimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən layihə üzrə koordinator Səxavət Səxavətli ilk öncə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən söz açaraq Gənclər Fondunun yaratdığı imkanları iştirakçıların diqqətinə çatdırıb: "Ölkəmizdə gənclər üçün hər cür şərait yaradılıb. Cənab prezident İlham Əliyev hər zaman gəncliyimizin qayğısına qalmış və ölkə siyasətinin idarə edilməsində gənclərin rolunun artırılmasını diqqət mərkəzində saxlayaraq təmin edib".
Daha sonra koordinator layihə haqqında gənclərə ümumi məlumat vermiş, simuliasiyanın yaranma və inkişafı tarixindən bəhs etmiş və onun hər bir şəxsin həyatında mühüm rol oynadığını bildirib. Tədbir diskusiya və praktiki oyunlarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB