Hüseyn Bağırov Şirvanda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Şirvanda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şirvanda vətəndaşları qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 27 yanvarda saat 09:30-da Şirvan şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının binasında keçiriləcək qəbulda Şirvan, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-nin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, 3 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə