Gürcüstanda zəlzələ

Gürcüstanda zəlzələ baş verib. Bu barədə İlya Dövlət İnstitutunun Seysmik Monitorinq Mərkəzi xəbər verib.

Məlumata görə, yeraltı təkanlar ölkənin cənub regionunda, Ani kəndi ərazisində, Axalçik rayonunda qeydə alınıb. Zəlzələ 4,3 ballıq müşahidə edilib.

Yeraltı təkanlar həmçinin Cavaxetiyada hiss edilib. Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə