Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Cavadov axşam saatlarında öz şəxsi avtomobilində ürəyi tutub. V.Cavadov dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu ağır xəbəri Lənkəran şəhərində "20 yanvar"ın ildönümünə həsr olunmuş tədbir zamanı eşitdim. İnanmağım gəlmədi. Qardaş, dərhal Sənin zarafatdan qalmayan, daim gülərüz siman gözümün önünə gəldi. Necə yəni, Vüsal vəfat edib?.. Tələm-tələsik sosial şəbəkələrə göz yetirdim. Yaxın dostun Elnur Hüseynovun ürək parçalayan stausunu oxuyandan sonra, istəməsəm də bu xəbərin acı bir həqiqət olduğuna inandım. Və bu xəbəri hazırlayarkən facebook-da dostlarının ürək ağrısıyla sənin haqqında yazdıqlarından bəzilərini bu yazıda verməyi qərara aldım:

- Huseynov Elnur, bu şəkili mən cəkmişəm... Yadıma düşür səninlə kecirdiyim günlər... Heyf, heyf o gunlərdən,...daha aramızda canlı yoxsan, ancaq ruhən yanımızdasan, qardaş. Allah səni rəhmət eləsin! (((((( Rəşad Hüseynzadə

- Gülərüz, zarafatcıl insanların həyatdan tez getməsi insana daha çox təsir edir. Allah sizə rəhmət etsin, Vüsal müəllim! Hüseyn Cəbrayıloğlu

- Vusal Cavadov, səni o gülər üzünlə, zarafatınla birgə itirdik. Sinif yoldaşımiz, qəbrin nurla dolsun. Anar Məmmədov

- Allah sənə rəhmət eləsin, sinif yoldaşım Vusal, qəfil ölüm səni bizdən ayırdı, ölüm nə qədər cavanlaşıb, aman Allah! Fərid Rüstəmov

- Çox məyus oldum, Vüsal bizim qardaşımızdır! Mənim uşaqlıq illərindən dostum olub, heç inanmadım onun bu yaşda haqq dünyasına qovuşmasına! Allah rəhmət eləsin, qardaş. Xalid Murad
Bugun seher bir xeber sarsitdi meni: (En yaxin qohumlarimdan biri Vüsal müəllim dünyasını dəyişib: (Lənkərana gələndə arada bir mənimlə sğhbət edərdi. Həmişə gözəl yol göstərərdi mənə. Atam dünyasını dəyişəndə Bakıya bizə gəlmişdi. Mənimlə söhbət edirdi, düzgün yol göstərərdi mənə həyatda. Zarafatcıl və gülərüz insan idi. Gözəl Insani keyfiyyətləri var idi, Vüsal müəllimin. Heyf, inana bilmirəm. Allah rəhmət eləsin, Vüsal müəllim!( Məkanın Cənnət olsun! Alizade Asadov
Sonda "Yaşıl çay" jurnalının və "Yaşıl çay" FT MMC-nin rəhbəri Araz Yağubov başda olmaqla kollektivimiz adından aramızdan qəfil gedən yaxın dostumuz Vüsal Cavadova Allah Səni rəhmət eləsin, qəbrin nurla dolsun, yerin Cənnətlik olsun deyirik!
Bu kədərli yazını Xalq şairi Səməd Vurğunun məşhur şeirindən bir parça ilə bitiririk:
Ölüm sevinməsin qoy!Ömrünü vermir bada,
El qədrini canından daha əziz tutanlar.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar,sevilərək ölənlər.
"Yaşıl çay"ın kollektivi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB