Yanvarın 20-də saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib. Muxtar respublikanın bütün şəhər və rayonlarında 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
Naxçıvan şəhər ictimaiyyəti, yüz minlərlə sakin yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanlarını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə qərənfillər düzürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB