"İslam Həmrəyliyi ili” tədbirləri hazırlanır

"İslam Həmrəyliyi ili” tədbirləri hazırlanır

"2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunması ilə əlaqədar tədbirlər planı üzərində iş gedir. Bununla əlaqədar Baş nazirin müavini Əli Əhmədovun yanında ayrı-ayrı qurumların rəhbərlərinin müşavirəsi keçirilib. Hazırda hər bir qurum tərəfindən "İslam Həmrəyliyi ili" ilə əlaqədar təkliflər göndərilir". SİA-nın xəbərinə görə, bunu bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Təkliflər üzərində işləndikdən sonra onların Dövlət başçısına təqdim olunacağını deyən komitə sədri söyləyib ki, tədbirlər planı təsdiq edildikdən sonra həm Azərbaycanda, həm də ölkədən kənarda müxtəlif tədbirlər həyata keçiriləcək: "Tədbirlər planında bütün sahələr nəzərdə tutulub. Ümumiyyətlə, İslam həmrəyliyini yalnız dini məsələlərə bağlamaq düzgün deyil. Bura iqtisadiyyat, mədəniyyət, humanitar məsələlər, beynəlxalq təşkilatlar, İslam təşkilatları çərçivəsində fəaliyyət, əməkdaşlıq, eləcə də radikal qruplara qarşı birgə mübarizənin aparılması, bu mübarizənin koordinasiya olunması və digər məsələlər daxildir".

Bütün xəbərlər Facebook səhifəmizdə