Komitə sədri: "Belə kitablar məzhəblərarası qarşıdurmaya gətirib çıxara bilər"
"Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanun var və bu qanuna əsasən, Azərbaycanda nəşr olunan, Azərbaycana gətirilən dini məmulatlar, o cümlədən kitablar rəy alındıqdan sonra yayıla bilər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Bir sıra nəşrlər və xaricdə çap olunan kitablarda məzhəblərarası, təriqətlərarası qarşıdurmanı təşviq edən və yaxud buna çağıran fikirlərin olduğunu dilə gətirən M. Qurbanlı belə kitabların Azərbaycanda nəşri və yayılmasını məqsədəuyğun hesab edilmədiyini vuğulayıb: "Bu cür kitabların yayılması ölkədə məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirə çıxara bilər. Bu məhdudiyyət tək bizdə deyil, dünyanın əksər ölkələrində də var. Bu, həm beynəlxalq hüquq normalarına, həm də ölkələrin qanunlarına uyğundur. Xüsusilə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə bunu nəzərə almaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB