Naxçıvan məhsulları Almaniyanın paytaxtı Berlin şəhərində ənənəvi olaraq keçirilən "Yaşıl Həftə-2017" beynəlxalq kənd təsərrüfatı və qida sərgisində nümayiş olunacaq. Sərgi yanvarın 20-də başlayacaq və doqquz gün davam edəcək.
Sərgiyə muxtar respublikada fəaliyyət göstərən 9 istehsalçı şirkətdən 18 növdə, 54 çeşiddə məhsul çıxarılacaq. "Yaşıl Həftə-2017"də "Gəmiqaya Mineral Sular" MMC-nin və Babək "Sirab" ASC-nin mineral suları, "Cahan Çay" MMC-nin müasir şəkildə qablaşdırılan çayları, "Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi" MMC-nin şərabı, meyvə suları, halvası, "Şərur-3" MMC-nin spirtli içkiləri və likyoru, "Ləzzət Biskvit və Şokolad Fabriki" MMC-nin vaflisi, lokumu və qənnadı məmulatları, "Naxçıvan Duz İstehsalı" MMC-nin duzu, Ordubadın mürrəbəsi, "Farma-Şah" MMC-nin dərman bitkilərindən hazırlanan çayları və kapsulları nümayiş olunacaq.
Qeyd edək ki, son illər muxtar respublikada yerli istehsal məhsullarının xarici bazarlarda tanıdılması və həmin bazarlara çıxış yollarının araşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, məhsullar xarici ölkələrdə təşkil olunan bir sıra sərgilərdə nümayiş etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB