"Bəzi populist açıqlamalar ictimai fikri çaşdırmağa yönəlib" MÖVQE
Son vaxtlar Kütləvi İnformasiya Vasitələrində bəzi şəxslər və qurumlar hava proqnozuna, təbii ehtiyatlara və digər sahələrə aid yanlış və qeyri kompetent məlumatlar yayır. Belə məlumatlar həm ictimaiyyət arasında çaşqınlıq yaradır, həm də milli maraqlara və dövlət mənafeyinə zidd olan hərəkətlərə yol verilir. Yayılan qeyri-dəqiq məlumatlar ictimaiyyətin haqlı narazılığına səbəb olur. Bu fikirləri SİA-ya açıqlamasında Davamlı İnkişaf Cəmiyyətinin sədri Fikrət Cəfərov deyib.
Cəmiyyət sədri bildirib ki, ölkədə hava proqnozlarının verilməsi üçün səlahiyyətli orqan kimi ETSN-nin Milli Hidrometeorologia Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu fəaliyyət göstərir: "Departamentdə proqnozların hazırlanmasında hər 15 dəqiqədən bir yenilənən sputnik, istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri ən müasir sistem vasitəsi ilə əldə olunur və informasiya mübadiləsi həyata keçirilir. Hər gün yenilənən məlumatlar Ümumdünya Meteorologiya Təşkilatının saytında yerləşdirilir. Son zamanlarda isə hidrometeoroloji müşahidələr avtomatlaşdırılmış stansiyalar vasitəsilə aparılır. Respublika üzrə 70-ə yaxın avtomatik meteoroloji stansiya quraşdırılıb və sinoptik teleqramlar internet vasitəsilə qəbul edilir. Ümumiyyətlə, ETSN-nin Milli Hidrometeorologia Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi proqnozlar faktiki hava şəraiti ilə müqayisədə 95 faiz özünü doğruldur və bu, dünyanın ən qabaqcıl ölkələrinin hidrometeoroloji sistemlərinin verdiyi proqnozlarla eynidir. Bunu ölkə əhalisi də faktiki olaraq gündəlik müşahidə edir.
Həmçinin ölkənin təbii sərvətləri, faydalı qazıntıları və aparılacaq geoloji kəşfiyyat işləri barədə hesabatlar və məlumatlar Nazirliyin aidiyyəti qurumlarında hazırlanır, dövlət mənafeyinə uyğun olaraq məxfilik tələbləri nəzərə alınır, açıqlanması lazım gələn məlumatlar isə Nazirliyin rəsmi internet səhifəsində dərc edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB