Ziyad Səmədzadə: "20 Yanvar faciəsi qəhrəmanlıq səhifələrimizdən biridir"
"Azərbaycan xalqının tarixində həm şanlı, həm də qanlı günlər var. Bu şanlı, həm də qanlı günlərdən, qəhrəmanlıq səhifələrindən biri də 20 Yanvar faciəsidir. Sabah Azərbaycan xalqı 20 Yanvarı onu sevənlərlə, öz dostları ilə birgə anacaq və xatırlayacaq". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2017-ci il üçün ilk iclasında çıxış edən komitənin sədri Ziyad Səmədazadə deyib.
"20 Yanvar xalqımızın tarixində ən mühüm səhifələrdən biridir. Eyni zamanda, 20 yanvar xalqımızın milli-azadlıq hərəkatının tarixində ən mühüm hadisələrimizdəndir. Bunu da həmişə belə dəyərləndiririk. Odur ki, 20 Yanvar hadisələrində Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, xalqımıza isə başsağlığı veririk"- deyə, Z. Səmədzadə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB