Heydər Əsədov rayon sakinlərini qəbul edəcək

Heydər Əsədov rayon sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 27-də Bərdə rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinə (050-317-93-60) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə