Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun layihəsi hazırlana bilər

Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun layihəsi hazırlana bilər

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloggerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasını təklif edib. SİA-nın xəbərinə görə, komitənin bu gün keçirilən iclasında bu təkliflə çıxış edən M. Şurasının sədri bildirib ki, bu gün dünyada bloggerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib: "Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var".

Təklifi dəstəkləyən Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov deyib: "Bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var. Çünki, kim nə istəyir, onu da yazır. Bu sahədə xaos hökm sürür".

Bütün xəbərlər Facebook səhifəmizdə