Ötən il ərzində gömrükçülər 1 ton 136 kiloqramdan çox narkotik vasitə aşkarlayıb.
SİA-nın verdiyi xəbərə görə, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
O bildirib ki, qaçaqmalçılıqla mübarizə çərçivəsində 2016-cı ildə gömrükçülər tərəfindən 1 ton 136 kiloqramdan artıq narkotik və psixotrop maddələr aşkar olunub.
A.Əliyev qeyd edib ki, bununla bağlı BMT-nin baş katibinin müavini bir neçə dəfə Xarici İşlər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə təşəkkür məktubu göndərib. Belə bir rəqəm həqiqətən böyük göstəricidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB