Bu qəsəbələrin qazı kəsiləcək DİQQƏT

Bu qəsəbələrin qazı kəsiləcək DİQQƏT

Sabah saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin balansında olan "Pirallahı-Qala" qaz kəmərinin müəyyən hissəsində təmir işləri aparılacaq. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə