Hava pisləşəcək DİQQƏT

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə