"Azərbaycanda Mətbuat Muzeyi yaradılsın" TƏKLİF

"Azərbaycanda Mətbuat Muzeyi yaradılsın" TƏKLİF

Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mətbuat Muzeyinin yaradılması təklif edilib. SİA-nın xəbərinə görə, bu təkliflə çıxış edən Mədəniyyət komitəsinin üzvü Cavanşir Feyziyev bildirib ki, xarici ölkələrdə Azərbaycana məxsus mətbuat nümunələri var ki. onların bəziləri alınaraq ölkəmizə gətirilib: " Bu prosesi davam etdirmək olar. Lakin hələ də müxtəlif ölkələrdə bəzi mətbuat nümunələrimiz orginal şəkildə saxlanılır və ya satışa çıxarılır. Biz bunları toplayıb Azərbaycanda çox mükəmməl Mətbuat Muzeyi yarada bilərik. Bu da ölkənin mədəni irsinin, tarixinin göstəricisi kimi qiymətli iş ola bilər. Bu baxımdan növbəti dövrdə bu məsələyə yer ayrılsa yaxşı olar".

Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov təklifi dəstəkləyərək bildirib ki, sözügedən muzeydə ayrı-ayrı mətbuat nümunələri deyil, Azərbaycan jurnalistikasının təmsilçilərinin orada təmsil olunmalı, eləcə də mətbuat tariximiniz orada təbliğ edilməlidir: "Azərbaycanda ana dilli mətbuatın tarixi əsas olaraq "Əkinçi" ilə başlayır. Lakin Azərbaycan mətbuatının tarixi 1830-cu ildə Tiflisdə çıxan Azərabaycan nəşrləri ilə başlanıb. Bu baxımdan düşünürəm ki, XIX əsrin əvvəllərindən bu günə qədər keçən yolu əks etdirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə