“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Həftə sonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq "ASAN xidmət" mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, bu dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda, profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır.

Belə ki, bundan sonra "ASAN xidmət" mərkəzləri həftənin bazar günü saat 10.00-dan 14.00-dək vətəndaşlara xidmət göstərəcək, "ASAN kommunal" Mərkəzində isə bazar günü qeyri-iş günü olacaqdır.

Vətəndaşlar ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə