Azərbaycan Respulikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və BANM TGT-nin dəstəyi ilə reallaşdırılan "Gələcəyə İnam"layihəsi çərçivəsində ilk tədbir keçirilmişdir. Tədbirdə Kəlbəcər rayon 14 saylı orta məktəbdə məcburi köçkün gəncləri və şagirdləri iştrak etmişlər. SİA-nın verdiyi məlumata görə, giriş sözü ilə çıxış edən məktəbin direktoru Tahir Rəhimov qonaqları salamlayaraq tədbirin ilk olaraq burada keçirilməsindən məmnunluq duyduğunu bildirdi. Daha sonra layihə rəhbəri Könül Mustafazadə çıxış edərək layihə haqqında məlumat verdi. Bildirdi ki, layihənin məqsədi öz sözünü demiş məcburi köçkün gənclərini tanıtmaq və onları məktəblilərlə bir araya gətirərək digər gəncləri onların simasında təhsilə,elmə və ictimai fəaliyyətə ruhlandırmaqdır.
Həmçinin tədbirdə Kəlbəcər rayon nümayəndəsi "Aşıq Şəmşir Mədəniyyət ocağı" İctimai Birliyinin sədr müavini Həbib Misirov, BMT nin Əhali Fondunun layihə əməkdaşı Xalisə Şahverdiyeva, Binəqədi rayonu 103 saylı tam orta məktəbin direktor müavini Sevda Alışova, Avrasiya Fondunun&Qafqaz Tədqiqat Resurs Mərkəzinin proqram direktoru Murad Nəsibbəyli, Strateji İnkişaf Komitəsinin Sədri, Beynəlxalq Əlaqələr üzrə müşavir Şəms Mustafayeva eləcə də bu il yüksək balla universitetə qəbul olmuş məcburi köçkün gəncləri çıxış etdi.
Tədbirdə həmçinin bir çox məktəblilərin maariflənməsi məqsədi ilə Kəlbəcər rayon19 saylı, Laçın rayonu 31 saylı, Şuşa rayonu 7 saylı, Laçın rayonu Binə ümumi məcburi köçkün məktəblərinin də müəllim heyəti və şagirdləri dəvət olunmuşdur .
Layihə çərçivəsində daha üç tədbirin şəhər və məcburi köçkün məktəblərində keçiriləcəyi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB