Əli Əhmədov Yevlax şəhərində yeni görülən işlərlə tanış olub

Əli Əhmədov Yevlax şəhərində yeni görülən işlərlə tanış olub

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Yevlax şəhərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə görülən işlərlə tanış olub. SİA-nın verdiyi xəbərə görə, baş nazirin müavini Əli Əhmədov, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Yevlax şəhərinin mərkəzi meydanında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.

Daha sonra Baş nazirin müavini Əli Əhmədov Yevlax şəhər Mərkəzi Xəstəxanasına yeni gətirilən tibbi avadanlıqlarla tanış olub, eyni zamanda, rayonun səhiyyə işçiləri ilə görüş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə