Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə "Heimann Cargo Vision" rentgen qurğusunda gömrük baxışı keçirilib. SİA-nın DGK-nin mətbuat xidmətinə istinadən xəbərinə görə, yoxlama zamanı avtomobilin istifadədə olmayan yanacaq çənində fərqli görünüşdə və formada naməlum predmetlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə əsaslı baxış keçirilib və gömrükçülərin şübhələri özünü doğruldub.
Belə ki, avtomobilin istifadədə olmayan yanacaq çənində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 2 adda 82000 ədəd siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB