Cərimələri vaxtında ödəməyən piyadaları nə gözləyir? EKSPERT RƏYİ
"İcra haqqında" qanunda icrası məcburi olan məhkəmə aktları, inzibati orqanların cərimə tətbiqi barədə çıxardığı aktların məcburi icra proseduru göstərilib. İnzibati Xətalar Məcəlləsində də bu prosedurun necə icra olunması haqda göstəriş var. Yol hərəkəti qaydalarını pozmuş piyadalar onlara yol polisi tərəfindən tətbiq olunan cərimələri müəyyən olunmuş vaxtda ödəmədikdə qanunvericiliyə uyğun olaraq addımlar atılır". Bunu SİA-ya açıqlamasında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, hazırda yol hərəkət qaydalarını pozmuş piyadaya 20 manat cərimə yazılır ki, vətəndaş bu cəriməni 3 ay ödəmədikdə məbləğ 60 faiz artırılır: "Vətəndaş ona yazılan cəriməni 3 ay ödəmədikdə hər cərimə məbləği 60 faiz artırılır. 20 manat cərimə 3 ay ödənilmədiyi halda 32 manat olur. Hər bir cərimə maksimumum 60 faiz artırla bilər".
Ekspert bildirib ki, 3 ay ödənmədiyi halda cərimə bəbləği 60 faiz artırıldıqdan sonra da vətəndaş cəriməni ödəməzsə, bu haqda sənədlər aidiyyəti üzrə rayon məhkəməsinə göndərilir: "Məhkəmənin qərarından sonra icra məmurları icra işi başladırlar. Həmin iş üzrə müxtəlif tədbirlər görülür. Öncə vətəndaşa icra olunmalı cəriməsi və faizlə birlikdə məbləği haqda məlumat verilir. Maksimum 10 gün vaxt verilir və vətəndaş cəriməni könüllü ödəməyə dəvət olunur. Həmin 10 gün müddətində cərimə ödənilsə, əlavə tədbirlərə ehtiyac olmur. Ancaq yenə də cərimə ödənilməsə, icra məmuru növbəti addımı atır. Məsələn, məhkəmə qərarı əsasında cəriməni ödəməyən vətəndaşın bank hesablarından, əmək haqqısından cərimə məbləği məcburi tutula bilər. Əgər cəriməni ödəməyən vətəndaşın bank hesabı yoxdursa, işləmirsə, icra məmuru onun evinə gedir və müvafiq əmlakını siyahıya alır. Həmin əmlak hərrac qaydasında satışa çıxarılır. Məsələn, 32 manat cərimə borcu üçün televizor bəs edir. Əldə olunan vəsaitdən cərimə, hərraca çəkilmiş və icra hərəkətləri məbləği tutulur, artıq qalan hissə olarsa, vətəndaşa qaytarılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB