Elçin Mirzəbəyli: “2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bütövlükdə dünyaya mesaj xarakteri daşıyır”

Elçin Mirzəbəyli: “2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bütövlükdə dünyaya mesaj xarakteri daşıyır”

"Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması bütövlükdə islam dünyasına, eləcədə dünyaya mesaj xarakteri daşıyır". Bunu SİA-ya açıqlamasında Politoloq Elçin Mirzəbəyli Bildirib. Onun sözlərinə görə, məqsədyönlü şəkildə dünyada artıq uzun illərdi ki, islamafobiya hökm sürür, islam ölkələrinin əleyhinə kampaniya aparılır: "Ayrı-ayrı güclər müsəlman dövlətlərinin enerji resurslarına yiyələnmək üçün fəaliyyətlərini islamafobiya faktoru üzərində qururlar. Belə amillərə qarşı mübarizə aparmaq və mübarizə üçün də həmrəylik nümayiş etdirmək lazımdır. Azərbaycan hər zaman islam həmrəylik prinsipindən çıxış edib. İslamın insanları terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsız insanlara qarşı mərhəmət nümayiş etdirməsinə dayandığını vurğulayıb. Yəni bütün dünyaya bir daha islamın mərhəmət, humanizm prinsiplərinə əsaslanan bir din olduğunu çatdırıb. Bütün dinlərin əslində sülhə, həmrəyliyə çağırdığını xüsusi olaraq vurğulayıb". E.Mirzəbəyli bildirib ki, ölkəmizdə elan olunan 2017-ci il "İslam Həmrəylik ili" təkcə Azərbaycan üçün, islam dünyası üçün deyil, bütövlükdə bəşəriyyət üçün önəmi var: "Çünki dinlərarası qarşıdurma heç kəsə xoşbəxtçilik gətirmir. Günahsız insan ölümlərinə səbəb dünyada hökm sürən ziddiyyətlərdir. Yaxın Şərq də baş verən hadisələrdə bunu açıq şəkildə sübuta yetirir. İslamın əsl mahiyyətini Azərbaycan öz təqdimatında bütün dünyaya çatdırmağa cəhd göstərir. Təəssüflər olsun bu gün maraqlı dairələr islamı terroru dəstəkləyən din kimi qələmə verirlər. Halbuki, islamda dinc, günahsız insanın ölümü bəşəriyyətin ölümü kimi qiymətləndirilir".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə