Bu gün müdafiə sənayesi naziri Yavər Camalov İtaliyanın "Gruppo Leonardo-Finmeccanica" şirkətinin baş direktoru Mauro Morettinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-ya Müdafiə Sənayesi Nazirliyindən (MSN) verilən məlumata görə, nazir Y. Camalov nümayəndə heyətinə MSN-nin fəaliyyəti barədə məlumat verib.
Görüş zamanı mümkün əməkdaşlıq sahələrinə dair müzakirələr aparılıb.
Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB