Bakı şəhər 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan "Məktəbli Gənclərin Qiraət Müsabiqəsi" layihəsinin yekun mərhələsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Etibar Binnətli Azərbaycan dövlətinin son illər Ana dilinin saflığının qorunması və inkişafına göstərdiyi hərtərəfli qayğıdan danışaraq, Gənclər Fondunun dəstəyilə reallaşan layihənin məqsədi və məktəbli gənclərin dilə sevgi hissinin artırılmasında bu tipli layihə-lərin əhəmiyyəti haqqında fikirlərini konfrans iştrakçıları ilə bölüşüb.
Sonra layihənin eksperti, yazıçı-publisist Təhmasib Novruzov müsabiqənin şərtləri, iştrakçılar qarşısında qoyulan başlıca tələblər, və müsabiqədə qiymətləndirmə metodologiyası barədə konfrans iştrakçılarına ətraflı məlumat verib və münsiflər heyətinin üzvlərini iştrakçılara, eləcə də müsabiqəyə tamaşaçı qismində qatılan valideynlərə, müəllimlərə, KİV nümayəndələrinə təqdim edib.
Qeyd olunub ki, müsabiqənin yekun mərhələsində iştrak etmək hüququ qazanan məktəblilər münsiflər heyəti qarşısında çıxış edəcək və onların aldıqları qiymətlər əsasında qaliblər müəyyənləşdiriləcək. Qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Diplomları ilə mükafatlandırılacaq. Münsiflər heyətinin üzvləri – Respublikanın Xalq Artistləri Ofeliya Sənani, Eldost Bayram, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, Respublikanın Xalq Artisti, ADMİU-nun dosenti Azad Şükür, pedoqoq Şəhla Gündüz, AMEA-nın Dilçilik İnstutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva çıxış edərək müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışdılr və hər bir müsabiqə i.trakçısına uğurlar arzulayıblar.
Bundan sonra müsabiqəyə qatılan 78 məktəblinin çıxışları dinlənilərək qiymətləndirilib. İştrakçılardan 2 nəfər ibtidai sinif şagirdi, 11 nəfər orta və 7 nəfər yuxarı sinif şagirdi olmaqla, ümumilikdə 20 nəfər qalib elan olunub.
Qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təsis etdiyi xüsusi Diplomlarla mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB