Yanvarın 17-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Hərbi-hissə" (Xaşa-xuna) və "Zeytun" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB