Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan Balakən rayon sakini Niyar Novruzova tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, insan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Balakən rayon sakini N. Novruzovanın 2016-cı ilin noyabr-dekabr ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB