"Bu il bütün Bakı sakinləri "ASAN Kommunal"dan istifadə edə biləcək" AÇIQLAMA - SƏS TV
"Ümumiyyətlə, kommunal xidmətlər təkcə kommunal ödənişlərindən ibarət deyil. Bu ödənişlər kommunal xidmətlərin bir hissəsidir və onlar ödəmə terminalları və internet vasitəsilə ilə ödənilə bilər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinun sədr müavini Ülvi Mehdiyev deyib. Ötən il Prezident tərəfindən nağdsız ödənişlərlə bağlı qanununun təsdiq edildiyini qeyd edən sədr müavini söyləyib ki, qanunun əsas mahiyyəti ondan ibarətdir ki, bütün dövlət ödənişləri, rüsumlar, cərimələr o cümlədən kommunal ödənişlər nağdsız qaydada ödənməlidir: "Bu məqsədilə yeni yaradılan "ASAN Kommunal" xidmətində "ASAN ödəniş" terminalları da fəaliyyət göstərir. Vətəndaşlar heç kimə yaxınlaşmadan bu terminallar vasitəsilə ödənişlərini edəcəklər. "ASAN Kommunal" ilk pilot layihə olar 1 saylı "ASAN xidmət" mərkəzinin tərkibində fəaliyyətə başlayıb. Bundan sonra Bakı Dəmiryolu Vağzalında və Xətai rayon Ukrayna dairəsi ərazisində "ASAN Kommunal" mərkəzləri fəaliyyətə başlayacaq. Növbəti illərdə bu xidmət regionlarda fəaliyyətə başlayacaq. Bu il ərzində bütün Bakı sakinləri "ASAN Kommunal xidmətdən yararlana biləcək"ülvi mehdiyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB