20 yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək

20 yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Yanvarın 17-də saat 16-00-da Bakı Şəhər İcra Hakimiyyəti Aparatının kino xidməti idarəsinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərinin xatirəsinin dərin hüzünlə yad edilməsi, onların qəhramanlıq salnaməsinin təbliği məqsədilə tədbir keçirəcək. SİA-nın verdiyi məlumata görə, Tədbirdə Bakı şəhər kino xidməti idarəsinin hazırladığı, ssenari müəllifi və rejissor Gültəkin Nərimanın" Tarixin acısı-Qan yaddaşımız"adlı sənədli filmi nümayiş etdiriləcək və mövzuya uyğun olaraq incəsənət ustalarının şəhidlərə həsr olunmuş mahnıları səslənəcək. Tədbirə millət vəkilləri və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvətlidir.

Tədbir 17 yanvar saat 16-00-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə