İraqın Mosul şəhərinin qərbində təxminən 30 dinc sakin İŞİD terrorçularının nəzarətində olan rayonlardan birinin bombardmanı zamanı həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə şahidlər məlumat veriblər. Onların sözlərinə əsasən, cümə axşamı üç raket əl-Cədidə rayonuna düşüb. Aviazərbənin ABŞ-ın rəhbərlik etdiyi koalisiya yoxsa İraq Hərbi-Hava Qüvvələri tərəfindən endirildiyi məlum deyil.
Sakinlər hücumun məqsədinin, çox güman ki, İŞİD komandirlərindən birini məhv etmək olduğunu söyləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB