Bakıda Frankfoniya aylığı keçiriləcək

Bakıda Frankfoniya aylığı keçiriləcək

Aprel ayının əvvəlində Bakıda Frankofoniya aylığı keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Yohan Şiterer məlumat verib.

Onun sözlərinə görə, Frankofoniya aylığı aprelin 3-dən start götürəcək. Ənənəvi olaraq keçirilən Frankofoniya günü çərçivəsində bir sıra tədbirlər, o cümlədən frank dilində danışan ölkələrin "Kino həftəsi" planlaşdırılır.

Diplomat əlavə edib ki, tədbirlərin keçirilməsində məqsəd fransız dili və mədəniyyətinin populyarlaşdırılmasıdır: "Biz şadıq ki, Azərbaycanda fransız dili inkişaf etməkdədir".

Bundan əlavə, cari ilin mart ayında Bakıda Fransa qastronomiyası həftəsinin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Frankofoniya fransız dilində danışan ölkələri birləşdirir. 1970-ci ildə yaradılan təşkilatda 57 ölkəsi təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə