Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz Vito" markalı nəqliyyat vasitəsi Tovuz rayonu ərazisində saxlanılıb. SİA-nın DGK-nin mətbuat xidmətinə istinadən xəbərinə görə, Tovuz Gömrük İdarəsində avtomobilə baxış keçirilib, nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 406 ədəd spirtli içkilər aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB