Barak Obama prezident postunda son mətbuat konfransını yanvarın 18-də keçirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Obamanın mətbuat katibi Coş Ernest məlumat verib.
"Çərşənbə günü ABŞ prezidenti dövlət başçısı qismində son mətbuat konfransını burada, brifinq zalında keçirəcək", — deyə Ernest bildirib.
Qeyd edək ki, yanvarın 20-də Barak Obamanın prezidentlik müddəti başa çatır. Onu Ağ Evdə noyabr seçkilərində qələbə qazanmış Donald Tramp əvəz edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB