Türkiyədə bina çökdü 17 nəfər xəsarət aldı

Türkiyədə bina çökdü 17 nəfər xəsarət aldı

Türkiyənin İstanbul şəhərinin Zeytinburnu rayonunda binanın çökməsi nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ölənlərdən biri beş yaşlı uşaqdır. Şəhər qubernatoru Vasip Şahinin sözlərinə əsasən, çökən binanın yaxınlığındakı 21 bina boşaldılıb.

Qeyd edək ki, səkkizmərtəbəli bina səki ilə hərəkət edən piyadaların üzərinə aşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə