37 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişib

16 yanvar 2017-ci il tarixindən Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacağından, həmin prospektdən keçən 37 saylı marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, təmirdən əvvəl Nərman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti - Landau küçəsi- Hüseyn Cavid prospekti -Landau küçəsi - Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə