Prezident İlham Əliyev Mübariz Əhmədzadənin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mübariz Cuma oğlu Əhmədzadə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Qeyd edək ki, M.Əhmədzadə hazırda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB