“Açıq Əyləncəvi Futbol Məktəbləri”

Xəzər rayonunda layihə çərçivəsində tədbir keçirildi
“Açıq Əyləncəvi Futbol Məktəbləri”

"Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13 Yanvar 2017-ci il taixdə Xəzər rayonunda Şağan Olimpiya İdman Kompleksində keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov, Xəzər rayon Gənclər Evinin direktoru Elşən Əliyev, məşqçi və təlimatçılar iştirak etdilər. Tədbirdə çıxış edən Millət vəkili, "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsinin rəhbəri Rauf Əliyev respublikamızda bu layihənin 2002-ci ildən həyata keçirildiyini və layihənin uşaq futbolunun inkişafındakı rolunu qeyd etdi. Çıxış edən Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev bu tədbirin əhəmiyyətindən danışdı və rayonda uşaq futbolunun inkişafı barədə öz fikirlərini söylədi. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə edildi. Bu barədə məlumatı Millət vəkili, AFFA-nın I vitse-prezidenti, "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsinin rəhbəri Rauf Əliyev təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə