Vasif Talıbov akademikə məktub göndərdi FOTO

Vasif Talıbov akademikə məktub göndərdi FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov akademik Nailə Vəlixanlıya "Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər" kitabının nəşr olunması münasibəti ilə məktub ünvanlayıb.

Milli Azərbaycan Tarixi Muzeyindən SİA-ya verilən məlumata görə, məktubda qeyd olunur ki, Azərbaycan və Naxçıvan tarixinin araşdırılmasında xüsusi xidmətləri olan, tarixşünaslıqda yeni elmi istiqamət yaradan akademik N.Vəlixanlının kitabı elmi mənbələrin zənginliyi ilə diqqəti cəlb edir. Kitabın işıq üzü görməsi münasibəti ilə alimi təbrik edən V.Talıbov ona gələcək araşdırmalarında yeni uğurlar arzulayıb.

Vasif Talıbovun məktubunu akademik Nailə Vəlixanlıya Naxçıvan MR-ın Bakıdakı daimi nümayəndəsi Bəxtiyar Hacıyev təqdim edib. N.Vəlixanlı böyük diqqətə və xoş sözlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbova öz minnətdarlığını bildirməyi xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə