2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq

Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin məqaləsi dərc olundu
2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq

2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq. Biz səmərəli iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təşəbbüslərin maliyyələşdirilməsini artıracağıq. SİA-nın verdiyi xəbərə görə, bu fikirlər Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında verilmiş "Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri" sərlövhəli məqaləsində yer alıb.

"İqtisadiyyatın şaxələndirilməsi işi demək olar ki, başa çatmaqdadır. Hazırda ölkəmizin ümumi daxili məhsulunun 70 faizi qeyri-neft sektorunun payına düşür. Bu gün bizim qarşımızda duran əsas məqsəd ixracın şaxələndirilməsidir. 2016-cı ildə atdığımız addımlar bu məqsədə nail olunması işinə xidmət edəcək. Azərbaycan artıq Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdədir (MDB ölkələri sırasında 1-ci yerdə) və biz bu uğuru daha da möhkəmləndirmək əzmindəyik", - deyə dövlətimizin başçısı vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə