Azərbaycanın Qırğızıstandakı səfirliyi 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan anma mərasimi təşkil edəcək. Mərasim iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı fotoşəkillər və kitab sərgisi ilə tanış olacaqlar.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 20 Yanvar faciəsinin səbəbləri haqqında danışacaq, "Qanlı Yanvara aparan yol" adlı sənədli film nümayiş etdiriləcək.
Səfirlik tərəfindən Qanlı Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan digər tədbirlər də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB