Diplomatlar Suriya məsələsini müzakirə edirlər

Diplomatlar Suriya məsələsini müzakirə edirlər

Rusiya və Çin diplomatları Moskvada Suriya məsələsini müzakirə edir.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, görüş mediaya qapalı keçirilir. Toplantıda Rusiyanı XİN-in Şimali Afrika və Yaxın Şərq departamentinin direktoru Sergey Verşinin, Çini isə Suriya məsələsi üzrə xüsusi nümayəndə Se Syoyan təmsil edir.

Görüşdən sonra hər iki ölkə nümayəndəsinin mediaya açıqlama verəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə