Vergilər Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin həyata keçirilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunmasıdır.
SİA-nın verdiyi xəbərə görə, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva açıqlama verib. Bu tələb ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2017-ci ilin aprelindən, bütün digər vergiödəyiciləri üçün isə 2018-ci ilin yanvarından qüvvəyə minəcək.
S.Musayeva deyib ki, məcəlləyə edilmiş digər dəyişiklik kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlıdır.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalçıları vergilərdən azad edilsə də, onların məhsulları ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən bu məhsulların tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilirdi, bu isə bir sıra suallara səbəb olurdu.
Odur ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühiti yaratmaq və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB