“Füzuli dünyası” mövzusunda lektoriya keçiriləcək

“Füzuli dünyası” mövzusunda lektoriya keçiriləcək

Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Alimlər Evi ilə Milli Konservatoriyanın birgə layihəsi çərçivəsində "Füzuli dünyası" mövzusunda lektoriya keçiriləcək.

AMEA-dan SIA-ya verilən məlumata görə, tədbirdə bu qurumun Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin məruzəsi dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə